Benzema küsdüyü üçün milli karyerasını bitirib?

Fransalı hücumçu Kərim Benzemanın milli komandadakı karyerasını bitirməsinin səbəbi müəyyənləşib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, zədə səbəbindən dünya çempionatının matçlarında iştirak edə bilməyib və bu müddətdə millinin baş məşqçisi Didye Deşam futbolçu ilə əlaqə saxlamayıb. “Real”ın futbolçusu buna görə məyus olduğunu dilə gətirib.

Benzema Fransanın prezidenti Emmanuel Makronun DÇ-2022-nin final matçında iştirak etmək dəvətini də qəbul etməyib.

Fransa millisi DÇ-2022-nin finalında Argentinaya penaltilər seriyasında məğlub olaraq (3:3, penaltilər – 2:4), gümüş medallara sahib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button