Benzema “üsyan” etdi

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı komandasında çıxışının “Real”dakı performansdan niyə fərqli olduğu sualını cavablandırıb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, fransalı forvard təkbaşına qələbə gətirməyəcəyini bildirib:

“Fakt budur ki, bu, fərqli bir adla, tamamilə fərqli bir komandadır. Mənə dəstək lazımdır. Meydanda mənə kömək edə biləcək biri lazımdır. Mən təkbaşına qələbə gətirməyəcəm. Mənə başqa oyunçular və başqa şeylər lazımdır”.

36 yaşlı futbolçu ötən yay “Real”dan “Əl-İttihad”a keçib. O, bu müddət ərzində bütün turnirlərdə 26 matçda iştirak edib, 12 qol vurub, 8 məhsuldar ötürmə edib.

Benzema “kral klubu”nda oynayarkən ilin ən yaxşı futbolçusu mükafatını (2022) qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button