Benzemaya 1 illik şərti həbs, 75 min avro cərimə

“Real”ın hücumçusu Kərim Benzema “Olimpiakos”un yarımmüdafiəçisi Matye Valbuenanı şantaj etməklə bağlı məhkəmə qərarı ilə razılaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı fransalı hücumçuya 1 il şərti həbs və 75 min avro cərimə, o cümlədən Valbuenaya mənəvi ziyana görə 80 min avro ödəməsi ilə bağlı məhkəmə qərarı çıxarılıb. Benzema Fransa millisindəki keçmiş komanda yoldaşı Valbuenadan onun iştirakı ilə intim məzmunlu videoçəkiliş üçün pul tələb etməkdə ittiham olunub.

Benzema ilə yanaşı, daha dörd nəfər bu işə cəlb edilib, onlar üçün prokurorluq real şərtlər tələb edib.

Benzema Valbuenaya şantaj məsələsinə görə Fransa millisindən uzaqlaşdırılmış, yalnız 2021-ci ildə yığma komandaya qayıda bilmişdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button