Benzema klub prezidenti ilə görüşdü – Aldığı təklifdən danışdı
“Real”ın hücumçusu Kərim Benzema klub prezidenti Florentino Pereslə Səudiyyə Ərəbistanı klubundan gələn təklifi müzakirə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı hücumçu Peresə illik 100 milyon avro təklif aldığını bildirib.
Məlumatda qeyd olunur ki, “Real” futbolçunun gedişinə mane olmayacaq və onun istənilən qərarını qəbul edəcək.
35 yaşlı futbolçu gələcəyi ilə bağlı bu həftə qərar verə bilər.
Daha əvvəl Benzemanın Səudiyyə Ərəbistanından təklif aldığı və burada ona 200 milyon avro maaşla iki mövsümlük müqavilə təklif edildiyi bildirilirdi.
Benzema 2009-cu ildən “Real”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin