Benzema: “Qəzza xalqı üçün dua edirik”
“Real”ın keçmiş hücumçusu Kərim Benzema İsrail – Fələstin münaqişəsinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “Əl-İttihad”da forma geyinən fransalı futbolçu sosial şəbəkədə bu məsələ ilə bağlı paylaşım edib:
“Biz həm qadınları, həm də uşaqları əhatə edən bu ədalətsiz bombardmanın yenidən qurbanı olan Qəzza xalqı üçün dua edirik”.
FİFA prezidenti Canni İnfantino oktyabrın 13-də İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin