Benzema Hind okeanındakı adaya gedir
Zədə səbəbindən DÇ-2022-də iştirak edə bilməyən və Fransa millisinin düşərgəsini tərk edən Kərim Benzema yığma komandaya qayıtmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, “qızıl top”un son qalibinin bərpası planlaşdırıldığından daha sürətlə gedir.
Benzema gələn həftəni Hind okeanındakı Reunion adasında keçirəcək, daha sonra formasını geyindiyi “Real”la məşqlərə başlayacaq.
“Real” İspaniya çempionatında fasilədən sonra ilk oyunu “Valyadolid”lə keçirəcək. Oyun dekabrın 30-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin