Benzema: “Mən bu komanda ilə fəxr edirəm”

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema komandası vaxtından əvvəl Səudiyyə Ərəbistanı Pro Liqasının çempionluğunu təmin etdikdən sonra duyğularını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard komandasının bu uğuru ilə fəxr etdiyini bildirib:

“Çempionlar! Mən bu komanda və azarkeşlərimizlə fəxr edirəm”.

“Əl-İttihad” mövsümün bitməsinə iki tur qalmış ən yaxın rəqibi “Əl-Hilal”dan 9 xal fərqlə liqa cədvəlinə başçılıq edir.

37 yaşlı futbolçu bu mövsüm 28 oyun keçirib, 29 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button