
Benzema bunu bacaran ilk futbolçu oldu
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Klublararası dünya çempionatının “Oklend Siti” ilə oyununda (3:0) qol vurub.
Komanda.az xəbər verir ki, fransalı forvard dörd Klublararası dünya çempionatında fərqlənən ilk futbolçu kimi tarixə düşüb.
Benzema görüşün 40-cı dəqiqəsində fərqlənib.
“Əl-İttihad” növbəti görüşünü iki gündən sonra Misirin “Əl-Əhli” klubuna qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin