Benzema baş məşqçi ilə münaqişə yaşayıb

“Əl-İttihad”ın futbolçusu Kərim Benzema kluba qayıtdıqdan sonra komandanın baş məşqçisi Marselo Qalyardo ilə münaqişə yaşayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı forvard komandanın düşərgəsinə qayıdıb və Qalyardonun qərarı ilə fərdi işləməli olub. Bu, Benzemanın xoşuna gəlməyib və o, qərara əsəbiləşib. Bundan sonra o,məşqi tərk edib.

Yanvarın ortalarında Qalyardo fransalı futbolçunu komandanın təlim-məşq toplanışı zamanı klubun bazasına vaxtında gəlmədiyinə görə cəzalandırıb. Bundan sonra 36 yaşlı futbolçunun “Əl-İttihad”dan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button