Bentu BƏƏ millisindən ayrıldı

Paulu Bentu BƏƏ millisinin baş məşqçi postundan gedib.

Komanda.az xəbər verir ki, bu barədə yığma komandanın mətbuat xidməti məlumat yayıb.

Qərar, BƏƏ millisinin DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində Şimali Koreya üzərində 2:1 hesablı qələbəsindən bir gün sonra verilib.

BƏƏ mundialın final mərhələsinə vəsiqə qazanmaq şanslarını qoruyub saxlayır. Komanda sona iki tur qalmış A qrupunda üçüncü pillədə qərarlaşıb və lider mövqeyində olan Özbəkistandan cəmi 4 xal geri qalır.

55 yaşlı portuqaliyalı mütəxəssis 2023-cü ildən komandaya rəhbərlik edirdi. O, daha əvvəl Portuqaliya və Cənubi Koreya yığmalarını, həmçinin “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan) və “Kruzeyro”nu (Braziliya) çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button