Huşunu itirən futbolçu: “Hər şey yaxşıdır!”

İngiltərə Liqa kubokunun yarımfinalında “Liverpul”la ilk oyunda (0:1) huşunu itirən “Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur durumu haqda danışıb.

Komanda.az xəbər verir ki, uruqvaylı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında hər şeyin yaxşı olduğunu bildirib:

“Hər şey yaxşıdır! Mesajlarınız üçün hər kəsə təşəkkür edirəm! Qələbəniz münasibətilə təbriklər”.

Bentankur meydançadan oksigen maskası taxılmış halda, xərəkdə aparılıb və hətta mediada yarımmüdafiəçinin insult keçirə biləcəyi ilə bağlı xəbərlər yayılıb.

27 yaşlı futbolçu bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 20 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun London klubu ilə müqaviləsi bu ilin 30 iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button