Benitesin Bundesliqa xəyalı
“Liverpul”, “Napoli” və “Real”ın sabiq baş məşqçisi Rafael Benites Almaniya Bundesliqasında çalışmaq istədiyini etiraf edib.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis əvvəllər Almaniyada işləmədiyini xatırladıb:
“Mən əvvəllər Almaniyada işləməmişəm. Amma almanları, onların mentalitetini, peşəkarlığını bəyənirəm. Almaniya klublarını, Bundesliqanı xoşlayıram. Orada hər şeyin maliyyə baxımından necə qurulduğunu bəyənirəm”.
62 yaşlı məşqçinin son klubu 2022-ci il yanvarın 16-da ayrıldıgı İngiltərə “Everton”u olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin