
“Benfika”nın yetirməsi “Neftçi”də
Premyer Liqada yeni mövsümə qələbə ilə başlaya bilməyən “Neftçi” növbəti transfer əməliyyatını müsbət bitirib.
Komanda.az xəbər verir ki, açılış turunda “Turan Tovuz”la qolsuz heç-heçə edən “ağ-qaralar” bu dəfə xarici bazara üz tutub. Paytaxt təmsilçisi Rafael Quzzo ilə anlaşıb.
“Benifka”nın yetirməsi yarımmüdafiə mövqeyində çıxış edir. Onun 29 yaşı var, karyerası kifayət qədər rəngarəngdir.
Rafael Quzzo Portuqaliyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin