“Benfika”nın prezidenti: “Real” bizə rəsmi təklif göndərməlidir”

“Benfika”nın prezidenti Ruy Koşta müdafiəçi Alvaro Karrerasın “Real”a mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, Portuqaliya klubunun rəhbəri “Real”ın onlara rəsmi təklif göndərməli olduğunu söyləyib:

“Real” bizə rəsmi təklif göndərməlidir. Hələlik belə bir şey olmayıb. Təklif olarsa, o zaman vəziyyəti qiymətləndirəcəyik. Hazırda biz Klublararası dünya çempionatında çıxış edirik və bu, transfer üçün uyğun vaxt deyil. Karreras hələ ki, buradadır, bizimlədir”.

Daha əvvəl yayılan məlumatlarda Madrid klubunun 22 yaşlı futbolçunun transferi üçün “Benfika”ya 45 milyon avro ödəyəcəyi bildirilmişdi. Həmin xəbərlərdə Karrerasın artıq “Real”ın heyətində Klublararası dünya çempionatında iştirak edəcəyi vurğulansa da, turnirin iyunun 14-də başlamasına baxmayaraq, o, hələ də Lissabon təmsilçisinin heyətindədir.

“Benfika” “kral klubu”nun ilkin təklifindən razı qalmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button