“Benfika”nın futbolçusu Azərbaycan millisi ilə matçı buraxacaq

Ukrayna millisinin futbolçusu Georgi Sudakov Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyununda iştirak edə bilməyəcək.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.

“Benfika”da çıxış edən oyunçu artıq yığmanın düşərgəsini tərk edib.

Sudakov İslandiya millisinə səfərdə qalib gəldikləri (5:3) matçda zədələnib.

Oktybarın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna – Azərbaycan matçı saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button