
Portuqaliya klubu Feliks üçün 25 milyon avro təklif edib
“Benfika” Joao Feliksin transfer hüquqlarının 50 faizi üçün “Çelsi”yə 25 milyon avro təklif edib.
Komanda.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Bu, indiyə qədər verilən ən sərfəli təklif hesab olunur. Felikslə həmçinin, “Vest Hem” və “Vulverhempton” da maraqlanır.
“Çelsi”nin baş məşqçisi Enzo Mareska portuqaliyalı yarımmüdafiəçini planlarına daxil etmir və klub oyunçunu satmağa hazırdır. Müqavilənin iyulun sonunadək bağlanması planlaşdırılır ki, Feliks 31 iyulda “Sportinq”ə qarşı keçiriləcək Portuqaliya superkuboku matçında “Benfika”nın heyətində çıxış edə bilsin.
25 yaşlı futbolçu artıq “Benfika” ilə prinsipial razılıq əldə edib.
Lissabon klubu Feliksi 2019-cu ildə “Atletiko”ya 126 milyon avroya satmışdı. O, son mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib.
Bizi Facebook-da izləyin