
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyun üçün azarkeşlərə müraciət etdi
“Benfika”nın baş məşqçisi Bruno Laji evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunu haqda danışıb.
Komanda.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis “Santa Klara” ilə heç-heçə etdikləri (1:1) Portuqaliya Liqasının 5-ci tur matçından sonra fikirlərini bölüşüb:
“Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Çərşənbə axşamı doğma meydanda qələbə qazanmalıyıq. Azarkeşlərimizə müraciət edirəm, bizi dəstəkləməyə davam edin. Çempionlar Liqası matçında da burada olun. Çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq”.
“Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



