ÇL: “İçimdə “Benfika”nı bitirmək hissi var idi” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Benfika” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, futbolçularının çıxışını yüksək qiymətləndirib:
“İlk hissədə daha yaxşı oynaya biləcəyimiz iki-üç anımız oldu. İkinci hissədə tempi artırdıq, daha intensiv oynadıq. Uşaqlar əla oynadılar. İçimdə “Benfika”nı bitirmək hissi var idi”.
“İnter” 2 turdan sonra D qrupunda 4 xalla 2-ci, “Benfika” sonuncudur (0 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin