“Benfika”dan yeni transfer – Rəsmi

Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Lissabon təmsilçisi “Vulverhempton”dan Qonsalo Qedeşi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı vinger mövsümün sonunadək icarə əsasında ölkəsində oynayacaq.

Qedeş “Benfika”nın yetirməsidir. Portuqaliya millisinin üzvü “Vulverhempton”a mövsümün əvvəlində, “Valensiya”dan transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button