“Benfika” ukraynalı forvardı 19 milyon avroya satdı
Belçikanın “Brügge” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub Portuqaliya “Benfika”sının hücumçusu Roman Yaremçuku transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukrayna millisinin üzvü ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. “Brügge” 26 yaşlı forvard üçün Portuqaliya klubuna 19 milyon avro ödəyib.
Yaremçuk “Benfika”ya 2021-ci ilin yayında “Gent”dən transfer olunmuşdu. O, sözügedən komandanın heyətində meydana çıxdığı 47 matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin