
“Benfika” rekord məbləğə satdığı yetirməsini geri qaytara bilər
Lissabon “Benfika”sı bu yay öz yetirməsini yenidən heyətinə qaytara bilər.
Komanda.az “Record”-a istinadən xəbər verir ki, söhbət hazırda “Çelsi”də çıxış edən hücumçu Joao Feliksdən gedir.
“Benfika” Feliksi 2019-cu ildə “Atletiko”ya 127 milyon avroya satmış və bu, Portuqaliya futbol tarixində rekord məbləğ olmuşdu.
Lissabonlular portuqaliyalı forvardı mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirirlər. Feliks ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirsə də, orada gözləntiləri doğrulda bilməyib.
25 yaşlı futbolçunun özü də müntəzəm oyun praktikasına sahib olacağı bir komandaya keçməyə açıq olduğunu bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



