
“Benfika”nın Ramos üçün tələb etdiyi məbləğ
“Mançester Yunayted” “Benfika”nın hücumçusu Qonsalo Ramosu transfer etmək üçün danışıqlar aparır.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, İngiltərə klubu heyətini gücləndirmək üçün 21 yaşlı futbolçunun keçidini reallaşdırmaq niyyətindədir. Portuqaliya təmsilçisi futbolçu üçün ən azı 80 milyon funt-sterlinq istəyir.
Öncədən Mançester təmsilçisinin “Tottenhem”in futbolçusu Harri Keyn üçün mübarizə aparmaq fikrində olmadığı bildirilmişdi.
Ramos “Benfika”nın yetirməsidir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 47 oyuna çıxıb, 27 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin