“Benfika” rəsmisi: “Qarabağ”la evdə oynamaq müsbət haldır”

UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Benfika”nın direktoru Mario Branko püşkü dəyərləndirib.

Komanda.az xəbər verir ki, klub rəsmisi “Qarabağ”la oyunun doğma meydanda keçiriləcəyini müsbət hal sayır:

“Çempionlar Liqası böyüklüyünə, tarixinə və beynəlxalq nüfuzuna görə “Benfika”nın iştirak etməli olduğu yarışdır. Qarşıda bizi böyük oyunlar gözləyir. Rəqiblərimizdən altısı beş böyük liqadan, digəri isə Niderland təmsilçisi, böyük tarixi olan komandadır. Rəqiblərdən asılı olmayaraq, “Benfika” kimi bir klub üçün Çempionlar Liqasındakı ilk məqsəd pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Səfər oyunlarına gəlincə, “Qarabağ”la evdə oynamaq müsbət haldır. Azərbaycana uzun səfər etməyəcəyik. Digər səfərlər normaldır. İkisi İngiltərəyə, biri İtaliyaya, digəri isə Niderlandadır. Matçları təhlil etmək və hazırlaşmaq üçün vaxtımız olacaq. Hazırda bütün diqqətimizi ölkə çempionatının “Alverka” ilə oyununa yönəldirik”.

“Benfika” liqa mərhələsində “Real”, “Bayer”, “Napoli” və “Qarabağ”la evdə, “Çelsi”, “Yuventus”, “Ayaks” və “Nyukasl”la  səfərdə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button