
ÇL: “Benfika” İspaniyaya qalib gəlmək üçün gedəcək!”
“Benfika”nın baş məşqçisi Bruno Lage UEFA Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə ilk oyun haqda danışıb.
Lissabonlular ilk hissənin ortalarından bir nəfər azlıqda qalan kataloniyalılara 0:1 hesablı məğlubiyyətlə üzləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı matç boyu çox yaxşı anlar yaşadıqlarını bildirib:
“Matç boyu çox yaxşı anlar yaşadıq, fərqli nəticə gözləyə bilərdik. İndi cavab oyununa qədər özümüzü bərpa etmək üçün vaxtımız var. “Benfika” İspaniyaya qalib gəlmək üçün gedəcək! Biz növbəti mərhələyə keçmək istəyirik”.
“Barselona” – “Benfika” cavab matçı gələn həftə Kataloniyada baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



