“Belə zədələrin sağalması vaxt alır” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola zədəli hücumçu Erlinq Haland barədə danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis forvardın bu ayın sonunda oynamağa hazır olacağını bildirib:
“Belə zədələrin sağalması vaxt alır. O, ayın sonuna qədər hazır olacaq. Lakin bərpa ilkin planlaşdırıldığından bir az daha uzun çəkdi”.
23 yaşlı futbolçu dekabrın 6-da “Aston Villa” ilə matçda (0:1) ayağından zədə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin