“Belə xəbərlər hardan çıxır, bizə də maraqlıdır” – Maksim Medvedev
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- “Qarabağ”ın futbolçuları sıx qrafikə oynayır. Sabahkı oyuna fiziki cəhətdən necə hazırsız?
- Düzdür, qrafikimiz sıx ola bilər, amma indi millinin düşərgəsindəyik. Yeni baş məşqçi gəlib və son bir həftədə intensiv məşq keçmişik. Baş məşqçimiz qısa zamanda bizə doğruları verməyə çalışdı. Durumum elədir ki, artıq 30 yaşım var. Təcrübəliyəm və belə sıx qrafikdən necə çıxacağımı bilirəm.
- Xəbərlər yayılıb ki, komandanın futbolçuları baş məşqçinin intensiv məşqində narazıdır…
- Heç bir futbolçu öz narazılığını baş məşqçiyə deməyib. Bu, peşəkar futbolçuya yaraşmayan hərəkətdir ki, gəlib baş məşqçiyə desin ki, məşqlər ağırdı. Komandanın problemləri var və bunları aradan qaldırmaq üçün çox çalışmalıyıq. Uşaqlar arasında narazılıq yoxdur. Futbolçularla da danışırıq, bizə də maraqlıdır ki, belə xəbərlər hardan çıxıb.
- Lüksemburq klublarına qarşı oyunların çox olub. İndi də bu milliyə qarşı oyanayacaqsan. Şansları necə dəyərləndirirsən?
- Lüksemburq millisi və klubları tam fərqlidir. Lüksemburq millisində oynayan əksər futbolçular legionerdir, 2-3-ü yerli çempionatda çıxış edir. Klublarla millinin müqayisə etmək düzgün olmaz. Oyuna hazırıq. Mən deməzdim ki, bizim heyətimiz zəifdir.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin