Kompani: “Belə təcrübəyə malik oyunçularla işləmək daha asandır”

“Bayern”in yeni baş məşqçisi Vensan Kompani Münhen klubunda hücumçu Tomas Müller və qapıçı Manuel Noyerlə birgə işləməkdən danışıb.

Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı onların böyük gözləntiləri olan məşqçilərlə işləməyə öyrəşdiklərini bildirib:

“Mənim komanda olaraq nəyə nail olmaq istədiyimiz barədə çox aydın fikirlərim var. Bu oyunçular, təkcə Noyer və Müller deyil, böyük gözləntiləri olan məşqçilərlə işləməyə öyrəşiblər. Artıq əfsanəyə çevriləndə belə, həmişə təkmilləşmək istəyirsən. Bu, əfsanənin mentalitetidir. Belə ki, bu səviyyəli və belə təcrübəyə malik oyunçularla işləmək daha asandır”.

Kompani bu yay “Bayern”in baş məşqçisi vəzifəsinə təyin olunub. O, ötən mövsüm İngiltərə Premyer Liqasının 38 turundan sonra 24 xal toplayan “Bernli”yə rəhbərlik edib. Onun rəhbərlik etdiyi komanda 19-cu yeri tutub və aşağı liqaya düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button