“Belə oyuna görə Azərbaycan millisini təbrik edirəm”
“Bu cür oyun azarkeşlərin xoşuna gəlir. Çünki qol epizodları bol idi. Meydanda iki layiqli rəqib qarşılaşdı. Belə oyundan sonra Azərbaycanı təbrik edirəm”.
Komanda.az xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin məşqçisi Ruslan Baltiyev Azərbaycan millisi ilə yoldaşlıq oyunundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.
O, komandasının məğlubiyyətini belə şərh edib: “Düşünmürəm ki, təkcə cərimə zərbəsindən buraxdığımız qola görə uduzduq. Çünki iki qol buraxmışdıq. Sadəcə, konsentrasiya çatışmadı və uduzduq. Məğlubiyyət istənilən halda, xoş deyil. Bu cür oyun yalnız azarkeşlərə xoş ola bilər. Amma məşqçilər üçün çətin oyundur. Səhvlərimizə görə uduzduq. İşləməli və düzəltməli olduğumuz məsələlər var. Hər məğlubiyyətdən sonra analizlər etməliyik ki, bəlkə hardasa nəyisə qeyd etməmişik. 0:2-dən sonra hansısa rahatlığımız yox idi. Biz oynamağa davam edirdik”.
Bizi Facebook-da izləyin