“Sonra mən evə getdim və…” – Qriliş

İngiltərəli yarımmüdafiəçi Cek Qriliş “Mançester Siti” ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qriliş İngiltərə Premyer Liqasının 34-cü turunun “Fulhem”lə qarşılaşmasının (2:1) onun üçün yaxşı keçmədiyini söyləyib:

“Bilirsiz əsas nədir? Özümü vacib biri hesab etməyim. Hiss edirəm ki, baş məşqçimiz mənə güvənir.

“Fulhem”lə matç mənim üçün yaxşı keçmədi, lakin Pep Qvardiola yenə də mənə dəstək oldu, güvəndiyini söylədi.

Sonra mən evə getdim və özümü bir az daha xoşbəxt hiss etdim. Belə heyrətamiz komandada oynamaq həmişə xəyalım olub”.

Qriliş 2021-ci ilin yayından Mançester təmsilçisində forma geyinir. 27 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

O, cari mövsümdə “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 45 oyuna çıxıb, 5 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button