ÇL: “Belə oynasaq, “Borussiya”nı məğlub etmək çətin olacaq”

Dortmund “Borussiya”sı UEFA Çempionlar Liqasının 2-ci turunda Şotlandiyanın “Seltik” klubunu qəbul edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniya klubunun baş məşqçisi Nuri Şahin oyundan sonra çox məmnun olduğunu bildirib:

“Mən çox məmnunam. Komandanın bütün oyunçuları öz vəzifələrini uğurla yerinə yetirdilər. Biz daim irəli gedirik. Belə oynasaq, “Borussiya”nı məğlub etmək çətin olacaq. Komanda öz irəliləyişində mühüm addımlar atır”.

Almaniya komandası “Seltik”i 7:1 hesabı ilə məğlub edib.

“Borussiya” ÇL-in növbəti turunda səfərdə “Real”la qarşılaşacaq. Oyun oktyabrın 22-də “Santyaqo Bernabeu”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button