“Bavariya”nın yeni transferi – “Acam”

Almaniyanın “Bavariya” klubunun yeni transferi Benjamin Pavar açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi, Münhen klubuna transfer olunduğu üçün xoşbəxt olduğunu deyib:

“Uğurlara, qələbələrə acam, buna görə də, titullar qazanmaq istəyirəm. “Bavariya” kimi mən də öz qarşıma hədəflər qoymuşam. Bunun üçün də bura transfer olundum. “Bavariya” mənim üçün ən yaxşı klubdur. Burda olduğum üçün çox xoşbəxtəm. Belə bir klubda oynamaq böyük şərəfdir”.

Fransa millisinin üzvü son mövsümü “Ştutqart”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button