“Belə bir başlanğıc gözləmirdik” – “Jirona” rəsmisi

“Jirona”nın idman direktoru Kike Karsel komandanın İspaniya çempionatının 2023/24 mövsümündəki liderliyini şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Karsel, belə bir başlanğıcı heç kimin gözləmədiyini bildirib:

“Bu, bütün gözləntilərimizi üstələyən mövsümün başlanğıcıdır. Çox güclü məşqçimiz, aydın şəxsiyyətimiz və oyun ideyamız, uzun müddətdir birlikdə işləyən yüksək keyfiyyətli oyunçularımız var. Amma belə bir başlanğıc gözləmirdik. Bunu heç kim təsəvvür edə bilməzdi. Bizim ən asan təqvimimiz yoxdur, amma oyundan-oyuna özümüzə inam qazanırıq və bu, meydanda özünü göstərir”.

“Jirona” La Liqada 13 turdan sonra 34 xalla turnir cədvəlinə liderlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button