Belottinin 2 seçimi
İtaliyalı hücumçu Andrea Belotti yeni komanda axtarışlarını davam etdirir.
Komanda.az xəbər verir ki, futbolçu iyulun 1-də “Torino” ilə müqaviləsi başa çatdığı üçün azad agent statusu alıb.
28 yaşlı italiyalıya “Toronto” və “Valensiya” maraq göstərir. Futbolçu üçün prioritet isə İspaniya klubudur.
Belotti ötən mövsüm A Seriyasında 22 oyun keçirib və 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin