Bu gün yeni klubu ilə müqavilə bağlayacaq – Belotti
İtaliyalı hücumçu Andrea Belotti “Torino” azarkeşləri ilə vidalaşıb.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Belotti bu gün “Roma” ilə 3 illik müqavilə imzalayacaq.
“Hörmətli “Torino” və klubun azarkeşləri, son 7 ildə yaşadıqlarımızı təsvir etmək çətindir. Mən bura gələndə uşaq idim və klubun dəyərləri ilə böyüdüm.
Hər məşqdə və hər matçda əlimdən gələni etməyə çalışmışam ki, mənə olan sevginizin qarşılığını ödəyim. Birlikdə əziyyət çəkdik, sevindik, sizə təşəkkür etmək istəyirəm. Bilirəm ki, susmağım sizi incitdi və bunun üçün məni bağışlamağınızı diləyirəm. Amma bəzi şeylər məni buna məcbur etdi.
İndi mən burdan bir kişi və bir ata kimi gedirəm. Bu, vida deyil, çünki “Torino” həmişə mənim evim olacaq. Hər şey üçün təşəkkür edirəm”, – Belotti sosial şəbəkədəki səhifəsində yazıb.
28 yaşlı italiyalı futbolçu Turnin klubunun heyətində 7 il keçirib. O, “Torino”nun heyətində 251 oyuna çıxıb və 113 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin