“Belotti, sənə hörmət edirəm, amma mən “Latsio” azarkeşiyəm”

“Roma”nın hücumçusu Andrea Belotti “Latsio” azarkeşi olan taksi sürücüsü ilə dialoqundan söz açıb.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, sürücü, italiyalı forvarda hörmət etdiyini dilə gətirib. Lakin o, “Latsio” azarkeşi olduğunu gizlətməyib:

“Taksiyə minmək istəyəndə sürücü mənə baxdı və tanıdı. “Qabaqda əyləş” dedi. Onun dediyi kimi etdim. Futboldan, oyunçulardan, bir sözlə, hər şeydən danışdıq.

Onun avtomobilinə əyləşməyim sürücünü təəccübləndirmişdi. Təyinat nöqtəsinə çatdıqdan sonra foto çəkdirdik. Məni qucaqladı və dedi: “Belotti, sənə hörmət edirəm, amma mən “Latsio” azarkeşiyəm”.

Belotti 2022/23 mövsümündə “canavarlar”ın heyətində bütün turnirlər daxil olmaqla 47 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button