Bellingem hakimin qərarını “axmaqlıq” adlandırıb
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem “Espanyol”la matçda baş hakimin xəbərdarlığına kobud reaksiya verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, hadisə matçın ikinci hissəsində baş verib. Bellingem qeydə alınmamış qayda pozuntusuna etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb. Xəbərdarlıqdan sonra ingilis futbolçu bunu deyib:
“Bu nə axmaqlıqdır!”
Qarşılaşma 4:1 hesabı ilə Madrid klubunun qələbəsi ilə yekunlaşıb. Bellingem ikinci hissədə əvəz olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin