Bellingem daha bir mükafata namizəd olub

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem ilin “Laures Performance” mükafatına namizəd olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafata iddialılar arasında – “Barselona”da çıxış edən ispaniyalı futbolçu Salma Paralluelo və “Real”ın kolumbiyalı futbolçusu Linda Kaysedo (qadınlar), amerikalı tennisçi Koko Qauff, çinli üzgüçü Qin Hai Yang və şotlandiyalı idmançı Coş Kerr də var.

Aprelin 22-də Madriddə “Laureus World Sports Awards” mərasimi keçiriləcək.

Bellingem bu mövsüm 29 oyun keçirib, 20 qol vurub və 8 məhsuldar ötürmə edib. 20 yaşlı yarımmüdafiəçinin “Real”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button