
Bellingem İngiltərə nəhənginin hədəfində
“Mançester Siti” “Borussiya” (Dortmund) klubunun futbolçusu Çud Bellinqemlə maraqlanır.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, “şəhərlilər” Almaniya təmsilçisinin maliyyə tələblərini ödəyə biləcək durumdadır.
19 yaşlı yarımmüdafiəçi DÇ-2022 ilə əlaqədar olaraq İngiltərə milli komandasına dəvət edilib. O, İran yığması ilə qarşılaşmada (6:2) qol vurmağı bacarıb.
Bellingem bu mövsüm 20 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin