
“Bellingemin xarakteri var” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti “Atletik”ə qarşı oyunda (2:0) yarımmüdafiəçi Çud Bellingemin çıxışını dəyərləndirib.
Bu oyun 20 yaşlı ingilis futbolçunun Madrid klubunda debüt matçı olub. Bellingem bu oyunda qol vurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ançelotti onun bacarıqlı futbolçu olduğunu söyləyib:
“Bellingem çox yaxşı oyunçudur, xarakteri var, çox motivasiyalıdır. O, bacarıqlı futbolçudur “.
Bellingem 2023-cü ilin iyulunda “Borussiya”dan (Dortmund) “Real”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin