Yeni müqavilə təklifini qəbul etmədi
“Borussiya”nın (Dortmund) futbolçusu Çud Bellingem klubu tərk edə bilər.
Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, 19 yaşlı ingilis futbolçu 180 min funt-sterlinq maaşla yeni müqavilə təklifini qəbul etməyib.
Bellingem üçün hazırda beş klub – “Mançester Siti”, “Çelsi”, “Mançester Yunayted”, “Liverpul” və “Real” mübarizə aparır.
Bellingem bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 23 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin