“Bellingemə göylər xeyir-dua verib” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatında komandaların son oyunundan sonra “Real”ın yarımmüdafiəçisi Çud Bellingem haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun əla oyunçu olduğunu söyləyib:

“Bellingem əla oyunçudur, amma görünür, ona göylər xeyir-dua verib. Sanki bütün toplar ona gəlir”.

“Barselona” La Liqanın 11-ci turunun matçında “Real”la ( 1:2) qarşılaşıb.

İspaniya çempionatının 11 turundan sonra Kataloniya klubu 24 xal toplayıb və üçüncü pillədə qərarlaşıb. “Real” 28 xal toplayıb və birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button