Bellingemin qardaşı “Real”a keçə bilər
“Sanderlend”in yarımmüdafiəçisi Çob Bellingem Avropanın ən yaxşı klubuna keçə bilər.
Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun xidmətində “Real” və Dortmund “Borussiya”sı maraqlıdır.
İngiltərəli yarımmüdafiəçinin böyük qardaşı Çud Bellingem “kral klubu”nda oynayır.
Kiçik Bellingem cari mövsümdə “Sanderlend”in heyətində 17 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin