Bellingem İtaliya çempionatında çıxış edə bilər

“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem İngiltərə klubundan ayrılaraq karyerasını İtaliya çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu ilə “Latsio” maraqlanır. Yarımmüdafiəçi üçün Premyer Liqanın bir neçə klubu da mübarizə aparır. “Sanderlend” isə öz növbəsində Bellingemlə ayrılmaq istəmir.

18 yaşlı futbolçu ötən yaydan “Sanderlend”də çıxış edir. O, İngiltərə millisinin və “Real”ın futbolçusu Çud Bellingemin qardaşıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button