Bellingemin qayıdacağı vaxt məlum olub
“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem yaxın vaxtlarda meydana qayıda bilər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Real” ingilis futbolçunun martın 6-da “Leyptsiq”lə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda iştirakına görə zədəsinin sağalması üçün əlindən gələni edir.
Qeyd olunur ki, Bellingem madridlilərin İspaniya La Liqasında “Valensiya” ilə matçına ehtiyat oyunçular skamyasında başlayacaq. Oyun martın 2-də keçiriləcək.
20 yaşlı yarımmüdafiəçi 2023-cü ilin iyulunda Dortmund “Borussiya”sından “Real”a keçib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin