Hər gün onunla danışıb, “Real”a keçməsini xahiş edirmiş
“Real”ın vingeri Vinisius Junior yarımmüdafiəçi Çud Bellingemdən Madrid klubuna keçməsini istəyib.
Komanda.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu, “Real”a keçməsi üçün Bellingemdən xahiş etdiyini dilə gətirib:
“Bellingemi “Real”da görmək istəyirdim. Keçən il onunla tez-tez, bəlkə də, demək olar ki, hər gün danışır və ondan bizim kluba gəlməsini xahiş edirdim”.
Bellingem iyulda Dortmund “Borussiya”sından “kral klubu”na keçib. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
20 yaşlı ingilis oyunçu bu mövsüm 9 matça çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin