Bellingem zədəsini sağaldıb
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem zədəsini sağaldıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, ingilis futbolçu artıq topuq nahiyəsində ağrı hiss etmir.
Futbolçunun martın 2-də İspaniya çempionatında “Valensiya” ilə qarşılaşmada iştirak edib-etməyəcəyinə tezliklə aydınlıq gələcək.
20 yaşlı oyunçunun Çempionlar Liqasında “Leyptsiq”lə oyunda olacağı gözlənilir.
Bellingem bu mövsüm 16 qol vurub və La Liqanın bombardiridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin