İspaniya mətbuatı Bellingemi tənqid etdi

İspaniya mətbuatı çərşənbə günü Çempionlar Liqasının ikinci turunda “Lill”lə qarşılaşan “Real”ın minimal hesablı (0:1) məğlubiyyətini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat eyni zamanda, yarımmüdafiəçi Çud Bellingemin tənəzzülünü qiymətləndirib:

“Bellingemin vəziyyətində zəifləmə daha çox nəzərə çarpır: oynadığı 7 oyunda onun cəmi 2 məhsuldar ötürməsi və 0 qolu var. Halbuki, o, ötən mövsüm 7 oyundan sonra 6 qol vurmuşdu. Rəqəmlər sözün əsl mənasında müqayisə edilməməlidir, çünki Kilian Mbappenin gəlişi ilə Bellingemin rolu tamamilə fərqlidir. Amma ingilis futbolçu hələ də yarımmüdafiəçi kimi özünün ən yaxşı versiyasını axtarır”.

“Real” növbəti oyununu oktyabrın 5-də İspaniya çempionatında “Vilyarreal”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button