Xoselu Qətər klubuna keçdi – Bellingem “çox xoşdur” dedi

“Real” hücumçu Xoselunun klubdan ayrıldığını elan edib. 34 yaşlı futbolçu Qətərin “Əl Qarafa” klubuna keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın futbolçusu Çud Bellingem sosial şəbəkədə paylaşım edib. İngiltərəli futbolçu, Xoseluya uğur arzulayıb:

“Bu, çox xoşdur. Xoselu, sənə yalnız ən yaxşısını arzulayıram!”

Xoselu “Real”la birlikdə 2023/24 mövsümündə 3 kubok qazanıb. “Kral klubu” La Liqa, Çempionlar Liqası kubokunu və İspaniya superkubokunu əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button