
“Real”ın zədəli futbolçusu vaxtından əvvəl sağalır
“Real”ın zədəli yarımmüdafiəçisi Çud Bellingemin vəziyyəti ilə bağlı yeni məlumat yayılıb.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu vaxtından əvvəl sağalır. Belə ki, onun La Liqanın 6-cı turunun “Espanyol”la matçında meydana qayıda bilməsi ehtimalı var.
Bellingem cari İspaniya çempionatında bir oyun keçirib. 21 yaşlı futbolçu ötən mövsüm La Liqada 28 matçda 19 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin