“Bellingem təvazökarlıqda Messinin yolunu davam etdirə bilər”

İtaliyalı keçmiş baş məşqçi Arriqo Sakki “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin oyun səviyyəsindən danışıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, Bellingemi dünya səviyyəli oyunçu adlandırıb:

“O, dünya səviyyəli oyunçudur, çox güclü futbolçudur. Bellingem həmişə komanda üçün oynayır. Yalnız Lionel Messi məndə bu yaşında belə güclü təsir bağışlamışdı. Əlbəttə, Bellingem Messidən fərqlidir, lakin o, təvazökarlıqda onun yolunu davam etdirə bilər”.

20 yaşlı yarımmüdafiəçi iyunun əvvəlində Dortmund “Borussiya”sından “Real”a keçib. Onun transfer məbləği 103 milyon avro olub. Bellingem İspaniya klubu ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button